Fil. f. d. Xuraman Bəhmən qızı Hümmətova
ƏHMƏD YƏSƏVİ HİKMƏTLƏRİNDƏ QƏRİBLİK
Açar sözlər: qərib, hikmətlər, ilahi sirlər ,Əhməd
Yəsəvi,Türküstan
Ключавое слова: чужбин,хикмати,божественные
тайны,Ахмед Ясави,Тюркстан
yaradıcılarından olmuşdur. Onunla başlayan təsəvvüf
şeiri sonrakı türk dünyasına ayaq açaraq öz arealını genişləndirməyə
başlamışdır. Bu poeziya yarandığı gündən özünün deyim və ifadə tərzi ilə
fərqlənmişdir. Təsəvvüf poeziyası
inkişaf etdikcə öz simvolika sistemini yaratmış və təkmilləşdirmişdir. İlk
yaranan şeir örnəklərində bu simvol və ifadə tərzi bəsit, sadə olmuş, zaman
keçdikcə Qazi,Nəsimi,
Füzuli poeziyasında daha da mürəkkəb şəkildə ifadə tərzini almışdır.
Əhməd Yəsəvi yaradıcılığı
müasir oxucunun anlaya biləcəyi bir deyim biçiminə malikdir. Onun yaradıcılığı
rəngarəng və çoxşaxəlidir. Bəzi hikmətlərində şair təsəvvüf ədəbiyyatının əsas mövzularından olan
könül azadlığı, könül qırmanın böyük günah olması, insan könlünə böyük dəyər
verilməsi kimi xüsusiyyətlərə Əhməd Yəsəvi yaradıcılığında böyük yer verir.
Bəzi sufi şairləri insan könlünü müsəlmanların müqəddəs yeri olan Kəbə ilə
müqayisə edərək üstünlüyü insan könlünə verməsi heç də təsadüfi deyildir.
İslam dinindən və onun peyğəmbərlərindən gələn
insana bel bağlamaq, könül azadlığı, din
sərbəstliyi mövzuları Əhməd
Yəsəvinin yaradıcılığında daha incə mətləblərin anlamlarına xidmət edir.
Nerdə
görsen gönlü kırık, merhem ol,
Öylə
mazlum yolda kalsa, yoldaş ol.
Maşher günü
dergahına yaxın ol,
Ben-benlik
güden kişilerden kaçtım men işte.
Sünnət
imiş, kafir de olsa, vermə zarar
Gönlü
kafi, gönül inciticiden Allahda şikayetçi
Allah
şahid öylə kula «Suçun» hazır
Bilginlerden
işitip bu sözü söyledim ben işte.
Şair bütün insanlara dost
gözü ilə baxır, kafirə də zərər verilməsini istəmir, çünki kafir də Allahın
ümmətidir. Onu incidənlər öz əlləri ilə haqq dərgahında günahlarını yazmış,
buna görə cavab verməli olacaqlarını onlara xatırladır.
«Yalvarış, xitab, öyüd, nəsihət
üsulundan istifadə Əhməd Yəsəvi yaradıcılığından ədəbiyyatımıza keçmiş bir
deyim formasıdır» (1). Bundan əvvəlki xalq ədəbiyyatında və klassik ədəbiyyatda
belə müraciət formasına, demək olar ki, təsadüf edilməyib. Belə ki, ümumilikdə
götürdükdə təsəvvüf ədəbiyyatı üçün yalvarış, nəsihət, xitabdan istifadə
xarakterik bir ifadə üsulu idi. Bu bədii anlatma üsuluna sonrakı dövr təsəvvüf
şairlərinin də yaradıcılığında rast gəlirik.
Əhməd Yəsəvinin
yaradıcılığında aparıcı yerlərdən birini də
qəriblik mövzusu tutur. Şairin qəribliyi bəzən həqiqi anlamda, bəzən də təxəyyülünün ifadəsi kimi özünü göstərir.
Qərib,
fakir, yetimləri sevindirsen,
Parçalayıp
aziz canım eylə kurban
Və ya başqa bir şeirində
qəribin, yetimin halını sorandan Allahın da razı qalmasını belə deyir:
Qərib,
fakir yetimleri hər kim sorar
Razı
olar o kulundan Allah.
Əhməd Yəsəvi dövrünün
övliyası olmaqla yanaşı, insanları bir-birinə dost, həmdəm, mərhəm olmağa,
qəlbi sınıqlara, yolda qalanlara yoldaş olmağa çağırırdı. Qiyamət günündə hər
bir insanın cavab verməli olacağını onlara xatırladırdı. Özünü öyən,
mənəm-mənəlik iddiasında olan insanlardan uzaq olmağa səsləyirdi.
Könül azadlığı, din
sərbəstliyi çox əski çağlardan türkün təbiətinə hakim idi. Bunu bir sıra
araşdırıcılar da sübut edirlər (2, 30). Belə ki, Əhəmd Yəsəvinin
yaradıcılığında da heç bir din ayrı-seçkiliyi yoxdur. Bütün insanları qəlbi
qırıqlara kömək olmağa çağırır. Özünü də «Qərib, yetim, fakirlərin könlünü
oxşayıb, könlü qırıq olmayan kişilərdən qaçdığını» söyləyir. Əhməd Yəsəvinin yaradıcılığıqın
yüz illər ərzində əhəmiyyətini itirməmsinin səbəblərindən biri də onun
hikmətlərindən yer alan Qurani-Kərimin ideyaları, Məhəmməd peyğəmbərin
hədislərinin olması idi.
Şairin müraciət etdiyi
mövzulardan bir də «Merac»dır.
Bildiyimiz kimi merac
mövzusunun kökləri də Qurani Kərimin «İsra» surəsindən götürülmüşdür. Əslində
merac deyərkən Məhəmməd (pey) rəcəb ayında «Burak» adlı atın üstündə göyə
çıxması, orada Allah-təala və başqa peyğəmbərlərlə görüşməsi nəzərdə tutulur.
Ümumiyyətlə, klassik ədəbiyyatda yazılan meracnamələr həm nəsrlə, həm də
nəzimlə olmuşdur. «Hazırda klassik, həm də təsəvvüf ədəbiyyatının baş
mövzularından biri olan merac qəzəl, qəsidə, nət və başqa janrlarda, həm də
müxtəlif şəkillərdə işlədilmişdir. XVI əsrdən etibarən divan tərtib edən
katiblər meracnamələri də oraya salmağa başlamışdılar» (3, 95-96).
Ey
dostlar, kulak verin söylədigime,
Ne
sebepten altmış üçte girdim yere?
Mirac
sırasında Hakk Mustafa ruhumu gördü,
O
sebebden altmış üçde girdim yere.
Hak
Mustafa Cerbayıldan eyledi sual
«Bu
kasıl ruh, bedene girmeden buldu kemal?»
Məlum olduğu kimi, türk
xalqlarının ədəbiyyatında ilk
meracnaməni sufi şair, XII əsrdə yaşamış, yəsəvilik təriqətinin böyük
nümayəndəsi Xoca Əhməd Yəsəvinin 3-cü xəlifəsi Süleyman Bakirqan yazmışdır (3,
96). Merac mövzusu klassik ədəbiyyatda bir, təsəvvüf ədəbiyyatında başqa bir
şəkildə işlənmişdir. Əhməd Yəsəvi hikmətlərinin birində belə deyir
Qərip, fakir, yetimləri
kasıb sordu,
O gecə Meraca çıxıp Hakk
cemalın gördü
Geri gəlip indiginde
fakirlərin halın sordu
Qariplerin izini arayıp
indim ben iştə.
İstər real həyatda,
istərsə də ruhən meraca qalxan Məhəmməd (ə.s) hər iki halda qərib və yetimlərin
halından xəbərdar olur. Meracdan qayıdan peyğəmbər ilk öncə fağırların halını
sorur, qəriblərin izini bulmağı özünə əsas vəzifə etdiyini deyir.
Şairin yaradıcılığında
təkrar-təkrar müraciət olunan mövzulardan biri də qəribliklə bağlıdır. Bu
şeirlərdə şair özünü «qəriblərin izini arayıp», «Madinəyə Rasul varıp oldu
qərib», «qəriblikdə sıxıntı çəkib», «qəriblərin könlün ara», «qərib canımı
parcayayam, yoxdur malım» və s. kimi ifadələrlə bəyan etmişdir. Əhməd Yəsəvi
yaradıcılığında bəzən qəriblərə həmdəm olmaq, onların könlünü almaq «qərib olub
mənzillərdən keçdim «mən» deyən şair bu «qəriblik» sözünü iki mənada oxucuya
çatdırır.
Qəriblik mövzusu təsəvvüf
ədəbiyyatında daha çox canın (ruhun) bu fani dünyada qonaq olması ideyasına
əsaslandığından sufi şairlərin bəzən əsərlərində gəzmələri haqqında
söylədikləri fikirləri müstəqil mənada başa düşülməməlidir. Bu səyahət çox
zaman könül səyahəti, yəni ruhun səyahətidir ki, Tanrıya qovuşmaqda böyük rol
oynayır. Şair qəriblik dedikdə özünü bu günahlarla dolu olan dünyada qərib
saydığını nəzərə çatdırır. Ancaq onu da demək lazımdır ki, vəhdəti-vücudçu
dərvişlər, xüsusi ilə də Xorasan, Rumun dərvişləri diyar-diyar gəzib təriqət
görüşlərini yayırdılar. Tarixi qaynaqlar da bunu göstərməkdədir (4).
Bəlkə bu missiyanı yerinə
yetirənlərdən biri də Əhməd Yəsəvi olmuşdur? Əhməd Yəsəvinin 16-cı htkmətindən
məlum olur ki, o, həqiqətən Xorasan, Şam və İrakda olmuş, orada keçirdiyi
qəriblik hisslərini belə bəyan etmişdir.
Xorasan
və Şam ilə İraka niyet eyleyip,
Qaripliyin
çok dəgərini bildim Ben işte.
Şair bəzən özünün
Türküstandan ayrılmasını «Yusifini ayırdılar o Kənanından» deyirsə,
doğulduğu yerin «Doğulduğum yer o kutlu
Türküstan» olduğunu dönə-dönə vurğulayır. Şair qəribin illər uzunu hər hansı
bir yerdə yaşamasından asılı olmayaraq, orada özünü bir qonaq hesab edir.
Qəriblikdə
yüz il dursa müsafirdir
Tahti,
bahti, bağri zindandır - deyir.
Qəriblik çəkən insanın hər
bir maddi ehtiyacları ödənilsə də, onun «taxtı və baxtının zindan» olduğunu
vurğulayır. Şair qəriblikdə olarkən «Arslan Babanın onu arayıb bulması, gizli
olan sirlərdən agah olmasını» oxucuya çatdırır. Qürbət çəkən şairə haqq
şeirlərinin agah olmasına Arslan Babanın yardımçı olduğunu dönə-dönə
vurğuladığını görürük. Hətta o, «Allaha həmd olsun» deyərək, babasının ruhu onu
qürbətə salmasından söz açır.
Arzuluyum
axrabalık və domtluğa,
Ulu
babamın turbesi o Ak Türbeye
Babamın
ruhu saldı beni bu qurbete
Hiç
bilmedim, nasıl kusur eyledim men işte.
Şair bu hikmətin sonunda
məzarının məhz Türküstanda olacağını bildirməklə, o vətəninə qayıtmasını
oxucuya çatdırır. Bundan başqa şair hər anda qəriblərə «dost olmağı» təkrar-təkrar
vurğulayaraq deyir:
Ümmet
olsan qariplere uyar ol
Ayet ve hadisi kim dese,
duyar ol
Və ya başqa bir şerində şair deyir:
Cefa çekip Yaradana oldum
yakın
Qarip olup menzillerdən
geçtim ben işte.
Ola bilsin ki,
Əhməd Yəsəvinin də qəriblərə münasibətlə bağlı olan şeiri onun özünə qarşı
ünvanlanan bir müraciət formasıdır. İnsanları «qəriblərə məlhəm olmağa»,
«onların halını sormağa» çağırır.
Təsəvvüf
ədəbiyyatının formalaşmasında sufi sairlərin böyük rolu olmuşdur. Sufilik
yolunu tutanlar həm də sözün həqiqi mənasında ilahi eşqə mübtəla olan aşiqlər
idi. Belə ki, onlar «haqq ilə haqq olan»lar idilər (5, 23). Sufilər vəcdə
aparan eşqi müqəddəs hesab edirdilər. Əhməd Yəsəvi əgər «Xudavəndə məni salqıl
öz yolunqə» deyirdisə, Yunis Əmrə isə «İlahi bir eşq ver bana, handalığını
bilməyəyim, İstəyəyim daim seni, özgə nəqşə bulmayayım» hər iki təsəvvüf
sairindən yüz illərcə sonra yaşayan xələfi Mövlana Füzuli isə
«Ya rəb! Bəlayi eşq ilə
qıl aşina məni
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
- deyirdi. Bu halda F.Köprülü
yazırdı: «Tanrının eşqilə qavranılması fikri sufizmidə başlıca məsələlərdəndir
(6). Əhməd Yəsəvinin eşqi əzablardan keçərək Tanrıya doğru yönələn bir eşqdir.
Bu eşqə çatmaq üçün şair vəhdət şərabını içdiyini deyərək, onu ondan alan eşqə
mübtəla olduğunu deyir.
Rizk, nasip her ne verse,
tox gözlü ol
Tok gözlu olub şevk
şerabını içdim men işte.
Türk təsəvvüf poeziyasında
Əhməd Yəsəvidən gələn hüsnü mütləq ideyası, məhəbbət carçısı adlanan Nəsimi,
Füzuli eşqi ilə özünü eyniləşdirir. Əhməd Yəsəvi hikmətlərində dönə-dönə
dünyanı eşq ilə dərk etməyi xatırladır. Bu eşqin əzabi da şirindir. Bu əzablar
onu, öz varlığını Tanrıda əritməyə doğru istiqamətlənib. Haqq aşiqi eşq
şərabını içəndən sonra özündən keçərək Tanrısına qovuşmuş olur. O, öz
varlığında Tanrının didarını, nurunu görür bu nur sufi aşiqin iç dünyasını
işıqlandıraraq ona çatmış olur. Əhməd Yəsəvi isə bu ideyanı belə
poetikləşdirir.
Ciltan
birlə şərab içib, həmrah boldum
İçm
tışım haqq nurigə toldu, dostlar.
Bunu Y.Əmrə belə ifadə
edir.
Beni
bendə sorma bendə degiləm
Bir ben
vardır, bendə bendən içəri.
Artıq özünü Tanrısında
əridən aşiq Tanrısına qovuşmuş, vüsala
çatmış olur. Burda Əhməd Yəsəvi hikmətində ərənlik yolu kimi qiymətləndirilir.
İşk
sevdası kimqə düşsə, rəsva kılur
Pərtav
salıb haqq özüqə şeyda kılur.
Məcnun
sifət əqlin alıb Leyla kılıb,
Allah
hakkı bu sözlərin yalğam yok.
Təsəvvüf ədəbiyyatının
müştərək mövzularından biri də nəfs və ondan doğan tamah, qürür, xəbislik,
acgözlük, paxıllıq və s.-dir. İnsanı bu dünyaya bağlayan, onu Tanrısından
uzaqlaşdıran, kamillik mərtəbəsinə çatmağa qoymayan yeganə əngəl, sufızmə görə
nəfsdir. İnsan mənliyini tərk etməklə nəfsini məhv edir, əks təqdirdə, o,
nəfsinin quluna çevrilmiş olur. Bu mənada nəfsi əqlinə tabe etdirə bilən insan
xoşbəxtdir. Əhməd Yəsəvi öz yaradıcılığında nəfsə uyan insanın gec-tez rüsvay
olacağına, günahlar edib haqdan uzaqlaşdığına inanır. Şairin qənaətinə görə
nəfsə qalib gəlmək başlıca şərtdir. Əhməd Yəsəvi isə öz şeirlərində nəfsə
uyanları «şeytanla dost» adlandıraraq deyil.
Nefsim
beni yoldan çıxarıp hakı eyledi
Çılpındırıp
halka ablamaklı eyledi.
Zikr
söyletmeyip şeytan ilə dost eyledi,
Hazırsın
deyip nefs başını deldim ben işte.
Bundan başqa Əhməd Yəsəvi
nəfsi ələ keçməyən yad, vəhşi quşa bənzədir. Obrazlı şəkildə deyilən bu ifadədə
nəfs tutulması çətin olan, yenilməsi mümkün olmayan bir anlayış kimi təqdim
olunur. Şair «Kul xacə Əhməd, nəfsdən uluğ bəla bolmaz» deyir. Bu bəladan qurtarmağa insana yalnız sufı
riyazati kömək ola bilər. N.Tusiyə görə «nəfs» Allah sevgisidir: «Kimə nəfis
veribsə, xeyirxahlığı və bədxahlığı da o veribdir, nəfsi pak saxlayanlar -
xeyirxah, murdarlayanlar isə bədxah olanlardır» (8, 7).
Beləliklə, Əhməd Yəsəvi
dünyagörüşündəki, həm də yaradıcılığındakı mövzu və ideyaların sonrakı sufi şairlərinə
böyük təsiri olmuşdur. Bu mövzular sonralar öz dairələrini genişləndirsə də,
ilkin qaynağını Əhməd Yəsəvi yaradıcılığından götürülməsi məlum olur. Əhməd
Yəsəvinin hikmətləri zaman keçdikcə, araşdırıldıqca öz aktuallığını
itirməməsinin səbəbi, ona bu qədər məhəbbətin olması, onun yaradıcılığını
Qurani-Kərimdən bəhrələnməsi və onu təbliğ etməsi olmuşdur.
ƏDƏBİYYAT
1.
Hümmətova X.
Yunus Əmrənin lirikası. B., 2006.
2.
Fiqlali. E.R.
Türkiyədə Ələvilik-Baktaşılıq. Ankara. 1990.
3.
Akar.M. Türk
edebiyyatında mənzum meracnameler. Ankara, 1987.
4.
Köprülü F.
Türk edebiyyatında ilk mütasavvüflər. Ankara. 1991.
5.
Bayat F. Xoca Əhməd Yəsəvi və Xalq
sufizminin bəzi problemləri: B., 1997.
6.
Köprülü F.Türk
saz şairləri.I. Ankara 1962.
7.
Alacı S. Yunus
Emrede insanlık. Türk yurdu. Sayı. 319. İstambul. 1966.
8.
Xəlilov P.
Əhməd Yəsəvi. Azərnəşr. 1997.
Хураман Гумметова
Чужбина в хикметах Ахмеда Ясави
РЕЗЮМЕ
Используемые
в средних веках поэтические функции понятия «чужбины» в данной статье прослеживаются
сквозь призму творчества Ахмеда Ясави. Определяются двойственные функции
понятия «чужбины» в созданных поэтом хикматах.
В статье
говорится о том, как дух деда помогал находившемуся на чужбине поэту и
способствовал ему раскрыть божественные тайны.
Khuraman
Hummatova
The
stranger in the poetry of Ahmad Yasavi
SUMMARY
The Middle Ages have been explained to poetical
function carried in poetry the state of being a stranger by Ahmad Yasavi.
Double function of the state of being a stranger is delivered to the reader. In
this theme poet. Auxiliary being is started a conversation of the secret
mysteries to him than of being discovered of the spirit of the grandfather of
poetess about stranger in this article.
Hiç yorum yok:
Yorum Gönder