Fil.f.d.
XURAMAN BƏHMAN qızı HÜMMƏTOVA
Q.TUKAYIN “SAMANBAZARI, YAXUD YENİ KƏSİKBAŞ”
POEMASI AZƏRBAYCAN DİLİNDƏ
Tatar xalqının
görkəmli şairi Q.Tukayın ömür
yolu (1886-1913) özündən sonra yazıb- yaradan sənətkarlar üçün bir örnək olmuşdur. İyirmi yeddi il ömür
yaşayan sənətkar öz xalqını sevmiş, onun
maariflənməsi, inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Yaradıcılığında gah
satira, gah parodiya, gah da sətiraltı mənaların dili ilə danışaraq, cəhaləti,
geriliyi, mövhumatı tənqid etmiş, bu yolla tərəqqiyə doğru addımlar ataraq, xalını oyatmağa çalışmışdır.
Q.Tukay tatar Azərbaycan ədəbi
əlaqələrinin inkişafıda böyük rol
oynamışdır. O,Sabirin yaradıcılığı ilə tanış olmuş, ”Molla Nəsrəddin” jurnalı
ilə fəal əməkdaşlıq etmişdir. Görkəmli ədəbiyyatşünas alim, böyük tədqiqatçı
Ə.Mirəhmədov Sabirin “Mollanın zarı” şeirini ilk dəfə Q.Tukayın tərcümə
etdiyini yazır. (1) Şairin ömür yoluna nəzər
saldıqda görürük ki, onun həyatı bizə ağrılı-acılı ömür sürmüş, cəhalətə,
qaragüruhçu xurafata qarşı qələmi ilə
mübarizə aparmış Sabirimizi xatırladır. Tukayın əsərləri ölümündən sonra tatar
xalqı üçün din xadimlərinə,mövhumata və geriliyə qarşı mübarızə silahı olmuşdur.
Şairin satirik istedadının ortaya çıxmasında “Yalt-Yult” jurnalı böyük rolu
olmuşdur. Bu jurnalda çalışdığı müddətdə şairin satirik istedadı daha cəsarətli
və kəskin şəkil almışdır. Q.Tukayın satirik qələminin ən mötəşm əsəri “Samanbazarı,
yaxud Yeni Kəsikbaş” poemasıdır. (1908)
Cəhaləti, geriliyi qamçılayan bu poema ilə oxucu tatar xalqının başına gətirilən
müsibətlərin şahidi olur. “Tukayı ulusal
vicdan” olaraq təsvir edən və çox gənc yaşlarıda ədəbiyyatdan
ayrıldığını deyən F.Köprülüzadə “Gənc Tukay
qisa bir zaman ərzində rus və Alman ədəbiyyatinin ən önəmli romantiklər düzeyine yüksəlmişdir” (2)
“Kəsikbaş” haqqında
yayılan dini əfsanələr türk xalqları arazında geniş yayılıb.Bu mövzuya müraciət
edən hər bir sənətkar Kəsikbaş obrazından öz məqsədinə uyğun istifadə etmiş, zamanəsinin iç üzünü açıb
oxucuya göstərmişdir. Q.Tukay da zamanəsindəki geriliyi qamçılamaq üçun bu xalq
əfsanəsindən bəhrələnmişdir. O, bu əfsanəyə həyat hadisələri çalarından yanaşmış, onu müasiri olduğu tatar
xalqının həyatı ilə bağlamışdır. Deməli,
şair Kəsikbaşın simasında mücərrətliklə
reallıq arasında bir əlaqə yarada bilmişdir.
“Kəsikbaş” əfsanəsi türk
xalqları arasında geniş yayılan bir əfsanədir. Türklər bunu Qızılbaş-Ələvi
dastanı kimi ələvilər arasıdna geniş yayıldığını söyləyirlər. Bu dastanın mövzusu demək olar ki, bütün türk xalqlarda bir-birinə çox oxşayır.Bu əfsanə ilə
bağlı türk tədqiqatçısı Yaşar Kalafat yazır: “Kəsikbaş” əfsanəsi digər kəsikbaş
əfsanələri ilə müştərəklik ərz etməsinə baxmayaraq, zənginlik etibarlə olduqca
fərqlidir. Anadoluda olan Kəsikbaş əfsanələri görkəmli şəxsiyyətlərə aid mənqəbələr
tərzindədir. Xalq yolunda həlak olmuş adamın “ölmədən öncə öldüyü” və gercək
dirilərdən qəbul edildiyi üçün kəsilən başını qoltuğuna alıb silahı ilə savaşan
kəllə şəhid olaraq öldüyü yerdə dəfn edilir və qəbri ziyarətgah olur.(3)Yuxarıda qeyd etdiyimiz
kimi Kəsikbaş ələvilərin yaratdığı bir əfsanədir. Ələvilər bu əfsanəyə real faktları əlavə etməklə onu
mücərrətlikdən uzaqlaşdımışlar. “Kəsikbaş” əfsanəsinə zaman keçdikçə çoxlu başqa məqamların əlavə olması bu
dastanı ələvilikdən uzaqlaşdırmışdır. Dastanda adı çəkilən “car yarlar” 4 xəlifə
– Əbubəkr, Ömər, Osman, Əli sonradan bu dastana əlavə edilmiş, bu da əfsanəni
mifoliji yöndən uzaqlaşdıraraq onu reallığa yaxınlaşdırmışdır”. (4) Q.Tukay hər
şeydən əvvəl qatı İslamın hökm
sürdüyü bir şəraitdə
yaşayırdı. O, islam dini və onun müqəddəsləri haqqıda yayılan əfsanə və
rəvayətlər ona məlum idi. Şair təsəvvüfün
“məndən icəri mənin olması”, “ölmədən
öncə ölmək” ideyaları ona tanış idi. Əfsanədə divin obrazı, ayüzlü gözələ
vurulmaq, nəfslə mücadilə kimi anlamlar sırf
təsəvvüflə bağlı məqamlardır ki, Q.Tukaya belə məqamlara satirik
çalarlar əlavə edib. “Ələvilərin bu dastanında İsmi-Əzəm, quyuya enən ip”(5) Həz.Peyğəmbərin Əliyə bağışladığı ağ qatır, peyğəmbərin
Düldülü və s. mətnin anlam dünyasını zənğinləşdirən semvol-nəsnə olaraq incələnə
bilər”. (6) Mənim diqqətimi türkmən xalqı arasında Kəsikbaşla
bağlı yaranan bir əfsanə çəlb
etdi. Bu əfsanənin qısaca məzmunu belədir.
Əfsanədə deyilir ki, Kərkük
Osmanlı imperatorluğunun hakimiyəti altında olarkən, türk əsrərləri ilə ərəb əsrərləri
arasında qarşıdurma baş verir. Bu qarşıdurmada bir günahsız türk əsgrinin əl və
ayağını zəncirləyərək başını kəsirlər. Bu
qarşıdurmanın da səbəbkarı ingilislər olur. Başı kəsilən əsgərin Kərkükdə olan türklərin yaşadığı
qışlaqda görünməsi haqqıda söz-söhbət xalq arasında dolaşırdı. Bu qışlar türk ordusu tərəfindən qorunurdu. Burada növbə çəkən əsgərlər axşamlar Kəsikbaşı
gördüklərını,onun öldürüldüyü gün əl və ayağında olan zəncirlərin səsinin gəldiyini
deyirdilər. Buna şahid olan türkmən əsgərləri Kəsikbaşdan qorxmur, onun
qarşısında durum gətirirdilər, çünki Kəsikbaş haqqında yayılan əfsanəni ata və analarından eşıtmişdilər. Onlar da Kəsikbaşın
qışlağı qoruduğuna inanırdılar. Amma
orada keşik çəkən ingilis əsgərləri bu
olay qarşısında durum gətirə bilməyib
psixoloji sarsıntılar keçirərək öz vətənlərinə dönmək məcburiyyətində
olurdular. Xalq arasında belə bir inam da yayılmışdı ki, Kəsikbaş türk əsgərləri
çətinə düşəndə onlara kömək etmək üçün görünür. Qışlaq azad olunandan sonra Kəsikbaş
bir daha oralarda görünməmişdir. İnsanlar
onu türk əsgərlərinin dəfn olunduqları məzarlıqda görmələri haqqıda rəvayətlər
söləyirlər. O məzarlığa gələn ziyarətçilər də bu əhvalata inanırlar. (7)
Tatar ədəbiyyatının nadir
incilərindən olan Q.Tukayın “Samanbazarı, yaxud Yeni Kəsikbaş” poeması satirik
ruhda yazılmış bir əsərdir. Sair həyat həqiqətlərini oz xalqına çatdırmaq üçün müxtəlif üsullardan
istifadə etmiş, qəhrəmanın dili ilə
dövrün, zamanın eybəcərliklərini açıb göstərə bilmişdir. Əsərdəki əhvalatlar
tatar xalqının gur qaynaşdığı bir məkanda
– Samanbazarında baş verir. Səhərdir. Hər
kəs öz işilə məşğuldur. Uzaqdan bir gurultu qopur, bütün bazar əhli bir-birinə
dəyir, nə baş verdiyini hec kəs bilmir. Bu qarışıqlığa səbəb nədir? Hamını heyrət bürüyür, bir baş bazar aşağı diyirlənərək gəlib,
camaatın sıx toplaşdığı yerdə dayanır. Kəsikbaş başına gələn əhvalatları
bir-bir xalqa danışır. Onun bu halı hər
bir müsəlmanın qəlbini ağrıdır. Avam, nadan xalq Kəsikbaşı görcək
“ağlayır hərkəs ixtiyarsız görüncə Başı”, “ağlar mumçu Əli dərdli- dərdli”, “ağlar
hər kəs gözlərindən yaş tökərək”, “ağlar başlar dükandan çıxaraq”, “vay
zavallı, vay zavallı” deyərlər, “ağlar dilənçi qadın və qız”. (8) Müəllif
burada sadə, avam xalq kütləsinin obrazını ümumiləşdirmiş, Kəsikbaşla tatar
xalqı arasında böyük bir təzad yaratmışdir. Bu başın nələr etməsı,xalqın başına
hansı müsıbətləri gətirməsindən xəbəri olmayan kütlə Başa ürəyı yanır, ona kömək
etmək üçün yollar axtarır. Bu kimin başıdır? Hansı əməlin sahibi olmasını müəllif
Başın dilindən oxucuya çatdırır.
Başıma gələnləri anladım , dinləyiniz,
Hacıyam,Həccə getdim, doxsan doqquz dəfə.
Çox tavaf etdim Hicaz səhrasını,
Ciddəsini,Məkkəsini, Sinasını,
Deputatlıq etmişdim mən yenə
Bu
şəhərin məclisində son sənə.
Moskvadan
mal almışdım,
Yüz
kuruşun doxsanını çalmışdım.
Şair vaxtilə çox əməllərin sahibi olan Kəsikbaşın
gördüyü işləri öz dili ilə aşıb söyləyir. Xalqı aldadaraq soyan, onun adından şəhər
məclisinə üzv- deputat seçilən bu şəxs özü üçün yaşamış, mötəbər kürsüdə əyləşərkən
sadə xalq yadına düşməmış, günlərini
eyş-işrətlə keçırmışdir. “Gecələri xətm edərdim Quranı” deməklə, özünü Qurana
qayil bir müsəlman kimi xalqa göstərdiyi halda, başqa bir tərəfdən “nigahıma almışdım on beş
xanımı”, “gecələri girərdim ümümxanayə”, “gündüzləri girərdim insan qılıqına”
deməklə, özünün simasını açıb oxucuya
tam göstərə bilir. Deməli, Kəsikbaş heç kəslə hesablaşmır, özü istədiyi kimi
xalqla rəfdar edir, xalqı soyur, pis əməllər sahibidir. Artıq Baş özündən güclü
olan Divlə rastlaşıb. Div onun var-dövlətini, ailəsini əlindən alıb quyuya –öz
yeraltı dünyasına çəkib aparıb. Baş yenə də
ümidini, pənahını sadə xalqda axtarır, ondan kömək istəyir. P.Xəlilov Q.Tukay
yaradıcılığını araşdiraraq yazırdı: “Xalqın keçmiş və müasir həyatına dərindən
nəzər salan Q.Tukay onun qəhrəmalıq ruhunu, mübarizə əzmini, mütilik və
cahilliyini də yaxşı görürdü”. (9) Sadə xalq Başa kömək etmək üçün yollar
axtarır, hətta lazım gələrsə “Moskvadan qoşun çağırmağa”, “padşahdan əsgər istəyəlim”,
“bəlkə məsələyə məclisdə baxılar”, “kamçılı şeyxi divin sehrin pozar”, ən nəhayət, xalqın razılaşdığı ziyalı-alim son sözü soyləyir.
Onun sozü ilə Kəsikbaşa köməyə yalnız
Qaraəhməd adlı müsəlman pəhləvanın kömək edəcəyinə xalq inanır.
Dinləyiniz
bu sadəcə Qaraəhmədin işi,
İndi
məlumunuz o, güclü bir kişi.
Girib
alsın, o, divin canını,
Ancaq
o alar, Kəsikbaşın intiqamını.
Qaraəhməd müsəlman bir pəhləvandır. Kəsikbaşa ancaq
o, kömək edə bilər. Xalqın inamını doğrultmağa çalışan pəhləvan Kəsikbaşa
yardım əlini əsirgəmir. Onu yerdən qaldirmağa nə qədər çalışsa da, qaldıra
bilmir. Baş Qaraəhməd məsləhət görür ki, əziyyət çəkməsin, onsuz da onu qaldıra
bilməyəcək. Çünki Baş günahkardır, pis əməllərin sahibidir.
Baş deyir: “Qaraəhməd çaşdınmı?
Qaldıraçaq zəif
bir başmı?
Bir deyil, min Qaraəhməd gəlsə də,
Hətta Zeykin ilə Medvedov
Onlara nəsib olmaz heç qımıldatmaq
Faydasız hərəkət etməyə çalışmaq....
Çəkməyin boşuna zəhmət, olmaz əsla,
Çünki min batmandır təəsüf bu başda.
Bu beyində cəhalət
on vaqondur,
Məncə, davası min vaqondur.
Bazar əhli Qaraəhmədə xeyir-dua verərək onu yola
salır. Kəsikbaş da Qaraəhmədə ona kömək etdiyi üçün təşəkkür edir. Kəsikbaş sadə,
avam xalqın psixologiyasına yaxşı bələddir. Onları əldə saxlamaq üçün dindən vasitə kimi istifadə edərək “oxuyunuz
, ey bazarçılar, indi “Fatihə” açılsın Qaraəhmədin yolu” deyərək, xalqa müraciət
edir. Sadə xalq da bir ağızdan “ey Tanrım, Qaraəhmədə yardım et, bu yolda ona
güc ver, qüvvət ver, deyərək, pəhləvanı yola salırlar. Hər iki “qəhrəman” günlərlə
yol gedəndən sonra, nəhayət, Divin yaşadığı məkana yetışırlər. Bu məkan Kaban
Gölü deyılən bir yerdir. Bu gölün dibində bir quyu var. Div Kəsikbaşın arvadını
və var-dövlətini oraya aparmış, heç kəs qorxudan o gölə yaxınlaşa bilmir.Vaxtı
ilə rus qoşunları Kazanı top atəşınə tutanda “o zaman xanlar, vəzirlər
qaçdılar, bütün mallarını bu gölə saçdılar. “Sadə tatar xalqı isə “saçdılar,
altun, gümüşün hamısını, dedilər: malımız kimsəyə qalmasın”. Tatar xalqı öz
var-dövlətlərini rus ordusundan qorumağın yolunu bunda gördülər. Lakin onlardan
da tamahkar və acgöz olan din xadimləri tez bir zamanda gölün quruyacağına ümid
bağlayaraq, orada mədrəsələr tikdirməyə başladılar. Gündən-günə Gölün kənarında
bu mədrəsələrin sayı artmaqda idi.
Bütün sərvətləri toplayacaqlarmış
Heç zəhmətsiz zəngin olacaqlarmış.
Bir-birinin
ardınca illər keçməkdədir,
Yol
boyunun talibləri gözləməkdədir.
Qaraəhməd
göldəki quyuya enərək çox uzun bir yol gedir. Bu yolda qəhrəman çoxlu çətinliklərlə qarşılaşır. Öz qəhrəmanını
quyuya salan şair oxucuya bəzi mətləblərdən xəbər verir. Bu yolun çox uzun
olduğunun göstərməklə, şair azadlığa
aparan yolun heç də yaxında olmadığını deyir. Çoxlu çətinliklərlə rastlaşan qəhrəman,
nəhayət, ayağı torpağa dəyir. O artıq öz torpağına sahibdir, orada ayaqlarını
ürəklə yerə basa bilər. Qəhrəman qarşısında bir qapı görür və qapının üzərində bu sözlər yazılıb. “Burda sakindir,Burji
firkasının caniləri, Qaynaniyə məzhəbinə
sahibdir özləri. “Şair hakimiyyətdə olan
rus burjuaziyasının numayəndələrinin tatar xalqının “yeraltı dünyasında” da hökm sürmələri haqqında
oxucuya məlumat verdiyini, hətta onların hər birinin ayrı-ayrı məzhəb və təriqətlərlə bağlı olduğunun belə göstərməkdən çəkinməmişdir.
Divin yeraltı dünyasında yüzlərlə müsəlman
qolu bağlı zəncirdədir. Q.Tukay əsrin əvvəllərində çarizmin müsəlman xalqları
arasında apardığıi “parçala hökm sür” siyasətinin tüğyan etdiyi bir zamanda təbii
ki, öz fikirlərini açıq-aydın deyə bilməzdi. Şair Divin simasında böyük rus imperiyasını nəzərdə tutmuş,
qolları bağlı müsəlmanlar isə bu
hakimiyyətin qurbanı olan xalqlardır. Nə qədər ki, türk xalqları bu
imperiyanın caynağı altındadır, o
xalqlar “qaranlıq quyu”nun dibindədirlər. Quyuya Qaraəhmədin enməsi bir ümid
çırağı yandırır. Poemadakı Qaraəhməd obrazı əzilən xalqların qəhməmanlıq
obrazıdır.
Qəhrəmanı gördükləri zaman
Fəryad etdilər hamısı bir ağızdan
Mərhəmət
et, Qaraəhməd, bizə sən,
Bizi qurtar, əz divi,əz sən.
Qaraəhməd Divin görkəminin çox qəribə olduğunu təsvir etdikdən sonar “barmaqları bənzər insan gövdəsinə, əmmiş o, ası çoxların qanını” deməsində dövrün hadisələrinə şairin münasibətini görürük.
Samanbazarında insanlar narahatdır. Qaraəhmədin
getdiyi bir aydır, ondan heç bir xəbər
yoxdur. Birdən göy üzü guruldayır,ildırım çaxir, bazar əhli tatar xalqına bir bəlanın üz verəcəyindən bərk
narahatdır. Müəllif bu göy gurultusunu, ildırım çaxmasını göstərməklə, baş verəcək
hadisələri – inqilabları nəzərdə tutmuş, Qaraəhmədin arxasınca məzlum-məzlum
yerdə sürünərək gələn Divin obrazı isə xalqlar arasında çaxnaşma salan rus burjaziyasının obrazıdır. Artıq xalq oyanıb, Divin başı ayaqlar altındadır.
Şair Kəsikbaşın arvadının sımasında məcburu, zorla, sevmədən, bilmədən, kölə kimi
satılıb-alınan müsəlman qadınlarının
obrazını yaratmışdır. Qaraəhməd tərəfindən azad edilən bu qadın öz vətənində yeni bir bəlayə – bir “yalançı din
xadiminin sevgisinə” düçar olur. Şair təkcə “divi” deyil, tatar xalqı arasında ondanda qorxunc olan yerli hakimlərin, din xadimlərinin
olduğunu oxucuya ğöstərmişdir.
Poemanın maraqlı hissələrindən biri də əfsunçu Şeyxin
gəlib Kəsikbaşı əvvəlki vəziyyətənə qaytarmasıdır. O, baş”dəliqanlı
olmuş yenə, əli, ayağı, vücüdu” yenidən yerınə
qayıtmışdır. Oxunan əfsunla Q.Tukay göstərir ki, günlərin birində möcüzə baş verəcək, tatar
xalqı oyanaraq öz hüquqları, torpağı uğrunda mübarızə aparacaq. Qaraəhməd kimi
qəhrəmanlar da Divin başını əzərək, öz
torpaqlarında azad yaşayacaqlar.
Q.Tukay poemanın sonunda “Divin buxarlanaraq yox
olduğunu, başqa bir tərəfə uçduğunu” göstərir. Deməli, Div artıq görür ki, tatar
xalqı oyanıb, onu buxovda, əsarətdə saxlamaq
mümkün deyil, o, hökmranlıq etmək üçün başqa bir səmtə üz tutur. Müəllif sonda oxucuya Kəsikbaşın sonrakı taleyi haqqında xəbər verməyi də
unutmur. Onun hələ də tacir kimi yaşadığını, din yolunda “əzablar çəkdiyini” söyləyir.
Poemanı oxuyanda ilk baxışda
adama belə gəlir ki, bu əsərin “Kəsikbaş” əfsanəsi ilə heç bir əlaqəsı yoxdur.
Lakin əsərin dərinliklərinə varanda Q.Tukayın
da qəhrəmanının faciəsi öz xalqı yolunda başını qoltuğuna
götürərək, savaş edən qəhrəmanın faciəsi
ilə eynidir. Hər iki qəhrəman xalq
yolunda mübarızə aparır, şəhid olur. İnsanlar onu daima öz
aralarında görürlər, xalq Kəsikbaşın dar
gündə onlara yardıçı olacağına inanır. Tatar şairi Q.Tukay da “Kəsikbaş” əfsanəni
öz poemasına mövzu seçərək gözəl bir
satirik əsər yarada bilmişdir
Poema əruz vəzninin rəməl
bəhrində “faülatün, faülatün, faülat” təfiləsində yazılıb. Şair əsərin
mövzusunu hansı mənbədən götürməsi haqqında yazır:
“Fars kitablarından
alınan örnək, nəzmi bu səbəbdən olmadı pək” deməklə, poemada olan vəzn – müshəf
və imalə xətalarını nəzərdə tutur. Bu əfsanənin xristian mənbələrində də olması
haqqında Mustafa Ergünşah yazır:”Kəsikbaş motivi türk folkloru yanında
xristian folklorunda da rastlanmaqdadır.
Türklər XI əsrdə Anadoluya gələndə
xristian əfsanələrində də Kəsikbaş
motivi ilə qarşılaşmışlar”. (10)
P.S. Tatar şairi Q.Tukayın
“Samanbazarı, yaxud Yeni Kəsikbaş” poeması Azərbaycan dilinə ilk dəfə tərcümə
olunur. Rus dilinə bu əsər müxtəlif illərdə, müxtəlif sənətkarlar tərəfindən tərcümə olunmasına baxmayaraq, orijinaldan çox fərqlidir. Azərbaycan dilinə tərcümə olunmuş bu poema Q.Tukayın
anadan olmasının 125 illinə bir töhfədir. Dilimizə tərcümə olunan poema türk
dilinə edilmiş tərcüməyə əsaslanıb. Bu tərcümə zamanı poemanın tatar dilindəki orijinalı, türk və
rus dilinə edilmiş sətri tərcümələr əsas götürülüb. Hər bir beyt həm tatar, həm türk, həm də rus dilinə
edilmiş tərcümələrlə müqayisə olunaraq, sətri tərcümə edilib. Poemanın
tərcüməsində əsas istəyimin biri də
ali məktəb tələbələrinə kömək məqsədi daşıyıb. Ali məktəblərdə tədris
olunan” Türk Xalqları Ədəbiyyatı” üzrə tədris materiallarının az olması, bu sahədə
tələbələrin çətinliklərlə qarşılaşması, məni bu poemanı Azərbaycan dilinə tərcümə
etməyə vadar etdi.
Ə
D Ə B İ Y Y A T
1.
Ə.Mirəhmədov.
Azərbaycan SSR EA. Xəbərlər 1954. № 5.
2.
F.Köprülü.
Abdulla Tukay. Türk Yurdu. 1986, s.497. tam. 515.
3.
Y.Kalafat.
Sürt Yörəsində yatırlar etrafında şekillenmış xalq inancları ve kesikbaş motive. Uluslararası Sürt
sempozyumu. Sürt 2006
4.
Mustafa
Ergunşah. Kirdeçi Ali Kesikbaş dastanı. Kultur Başqanlığı Yayınları. Ankara
2002.
5.
Mahfuz
Zaric. KirdeciAli” Kesikbaş” dastanının metn merkezli temel halk bilimi
kuramları acısından incelenmesı. İsnanbul, 2002.
6.
Mehmet
Zeki Pakalin.Osmanlı Tarixi Deyimleri ve
Terimleri sözlüyü.IIc. M.E.B. Yayınları. İstanbul, 2004.
7.
http//www.biztürkkmeniz.com/tr/index/asp?page=article&id=14317
8.
A.Tukay.
Seçilmiş əsərləri. Şeirlər və məqalələr.
Ankara 2006
9.
P.Xəlilov. SSRİ Xalqları
Ədəbiyyatı. Bakı, səh.276.
10.
Mustafa Ergünşah. A.g. ə.
Гумматова Хураман Бахман кыzı
Поэма Г.Тукая «Сенной базар, или новый Кисекбаш» на
азербайджанском языке
Поэма
Г.Тукая «Сенной базар, или новый Кисекбаш» впервые переводился на
азербайджанский язык. Этот перевод – дань памяти великому поэту – приурочен к
его 125 годовщине. В предисловии перевода поэмы нами выражено отношение к
преданиям о Кисекбаше, распространенным среди тюркских народов, выявлена цель
поэта, использовавшего легендарный сюжет в сатирической интерпретации. На
первый план выдвинута политика царизма, осуществляемая им в начале ХХ века по
отношению к тюркским народам.
Hummatova
Khuraman Bahman kizi
SUMMARY
Q.Tukhayeis
“Grass bazaar or new Kesikbash” poem in the Azerbaijan language
A Tatar’s writer Q.Tukhayeis
“Kesikbash” poem is translated into the Azerbaijan language first time. The
very translation is dedicated to the 125th
anniversary of the writer. There’s opinion on the legends of Kasikbash
among the Turkish people in the introduction of the poem. The aim of the writer
is reveoled which is written in the context of religion. The policy of the charizm
which is held in the early century is taken into consideration at first.
Hiç yorum yok:
Yorum Gönder